Menu
Geri İrəli

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsm sərgisi keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2016 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

13321126_1626543950998751_385710368_o

Sumqayıt Dövlət Rəsm Qalereyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin rəsmlərindən ibarət sərgisi keçirilib. “Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə” adı altında keçirilən sərgidə 30-a yaxın əl işlərindən ibarət rəsmlər nümayiş olunub. Sərginin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çxarılması və tanıdılmasıdır.
Tədbirə qatılan Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sərgi ilə yaxından tanış olub. O, çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. Balaca istedadların əl işlərini yüksək qiymətləndirən idarə rəisi belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. “Uşaqlar gülərsə dünyamız gülər” deyən Mehman Şükürov körpə fidanlara xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova da balacaları təbrik edib, qalereyanın qapılarının hər zaman onların üzünə açıq olduqunu bildirib.
Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının nümayiş etdirdiyi kompozisiyalar, Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
C.Cabbarl adına mədəniyyət evinin solisti Pənah Məmmədovun ifasında şən mahnılar, “Turan” rəqs qrupunun ifasında milli rəqslər tədbiri daha da rövnəqləndirib, sehirbaz İntizab Bayramovun illüziya nömrələri balacaların böyük marağına səbəb olub.
Tədbirin sonunda uşaqlar Mərkəzi Uşaq Kitabxanası tərəfindən təşkil olunan sərgi ilə yaxından tanış olublar. Sərgidə uşaq şairlərinin yaradıcılığını əks etdirən ədəbiyyatlar nümayiş olunub.

13329669_1626544520998694_556999709_n

13334542_1626543894332090_1964237307_o

13334731_1626546060998540_446888049_o

13336193_1626544117665401_318983728_n

13340706_1626544140998732_677324918_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın