Menu
Geri İrəli

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbirlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2016 • Baxış sayı: 176 dəfə • Şərh yoxdur

13323848_1627016050951541_1523169931_o

Sumqayıt şəhər Uşaq İncəsənət və Musiqi məktəblərində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbirlər keçirilib.
Bülbül adına uşaq incəsənət məktəbində baş tutan tədbir balacaların hazırladıqları “Gənc musiqiçilər” adlı tamaşa üzərində qurulub. Tamaşada hər bir şagird musiqi alətləri, notlar və muğam haqqında öz fikirlərini izah edib.
Tamaşadan sonra məktəbin rəqs şöbəsinin şagirdlərinin ifasında milli rəqslər tədbirə xüsusi rəng qatıb. Sonda birincilərin müəllimləri şagirdləri təbrik edib, fərqlənən uşaqlar döş nişanı ilə təltif olunub.
Daha bir tədbir isə F.Əmirov adına Uşaq musiqi məktəbində baş tutub.Tədbirdə şagirdlər musiqi alətlərində rəqs nomrələri ifa edib, xor kollektivinin ifasında italyan bəstəkarının əsərləri, muğam üçlüyünün və saz sinfinin şagirdlərinin ifasında muğam parçaları və saz havaları dinlənilib.
Sonda məktəbin məzunları öz ifaları ilə birinciləri təbrik edib.
Hər iki tədbirdə iştirak edən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıb. “Bu bayram tək uşaqların deyil, həm də bizim bayramımızdır” deyən idarə rəisi bildirib ki, uşaqlar bizim gələcəyimizdir, və bu uşaqların gələcəyi də bizim əlimizdədir. Onların tərbiyəsinin və musiqi zövqünün formalaşmasında məktəbin rolu böyükdür və bu işdə məsuliyyət daha çox müəllimlərin üzərinə düşür. Odur ki, onlara qayğı ilə yanaşmaq, doğru yola istiqamətləndirmək lazımdır.
Qeyd edək ki, digər mədəniyyət ocaqlarında da gün ərzində silsilə tədbirlər keçirilib.

13323878_1627016394284840_1287975399_o

13324090_1627016010951545_528091298_o

13324336_1627016500951496_60686000_o

13329806_1627016497618163_1357771614_n

13340802_1627016234284856_1078688241_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın