Menu
Geri İrəli

10 minə satılan məfkurə, “Məhsul”dakı yarış və Bişkekdən gələn səs

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2016 • Baxış sayı: 460 dəfə • Şərh yoxdur
Share Button
ceyhun3Ceyhun MUSAOĞLU
Xüsusi olaraq “Azərfaks” üçün
 
Cəmiyyəti məhz siyasət inkişaf etdirir. Ədəbiyyat, mədəniyyət, idman və başqa sahələr siyasi inkişafın dəstəkçiləri, daha dəqiqi, inikasıdır. Siyəsətçi birincidir, sonra gəlir ədəbiyyatçı, idmançı, mədəniyyət xadimi…Yol siyasətdən və onu yönəldən siyasətçidən başlayır. 
 
***
Azərbaycan siyasətinin mahiyyətində həmişə plüralizm olub.  Bir qism siyasətçilər bu şəraitdən düzgün istifadə edə bilməsələr də, azad söz, azad KİV, çoxpartiyalılı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların varlığı plüralizm mədəniyyətinin azərbaycanlı təfəkküründə artıq məskən saldığını göstərir.
Qəzet bazarında müxalifətyönlü mətbu orqanların dominantlıq təşkil etdiyi zamanlar olub. KİV ölkənin rəhbər şəxsləri barədə, əksər hallarda jurnalist etikasını pozan yazılarla uzun müddət tüğyan edib. Çoxpartiyalı sistemin varlığını isbat etməyə ehtiyac yoxdur.  Azad seçkinin keçmədiyini iddia edən bəzi qüvvələr hələ bu günə qədər nəticələrə cüzi təsir etmək imkanında olan dolğun faktlarla gündəmə gələ bilməyiblər. Dövlətdən asılı olmayan ictimai təşkilatların adını sadalamağa gəldikdə, başlasaq, gərək bu yazını sadəcə böyük siyahı əvəz etsin.
***
Nə baş verdi ki, müxalif nəşrlər qəzet bazarını tərk etdilər? Maraqlısı ondadır ki, bu qəzetlərin heç biri bağlanmadı. Üçünü misal göstərək: “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq”.  Nəinki bağlanmadılar, üstəlik özlərinə eyni adda saytlar açdılar. Bu yaxınlarda  “Azadlıq” qəzeti bağlanıb, səbəb “Azərbaycan” Nəşriyyatına  olan borclarıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu bu qəzetə layihə çərivəsində bir neçə dəfə maliyyə ayırdı. Sonradan həmin pullar AXCP-nin qurultaylarına xərcləndi, nəşriyyata olan borclara verildi, yazılarda təhqirə və böhtana məruz qaldıqlarını iddia edənlərin məhkəmə hökmü ilə təzminatına yönəldildi. KİVDF-nin rəhbərliyi maliyəyə belə yanaşmanın Nizamnamə pozuntusu olduğunu bəyan edərək, yardımı dayandırdı. 
***
Bir olmuşu yazım. Hadisə müxalifətin plüralizmin gur işıqlarında gözlərinin qamaşması səbəblərinə aydınlıq gətirə bilər. KİVDF  ilk dövrlərdə “Azadlıq” qəzetinin layihəsinə 10 min manat maliyyə dəstəyi vermişdi. Görün hansı mövzuya? “Azərbaycançlığın təbliği”. Görün kimə? “Biz türkçüyük” deyənlərə. Türkçülər 10 min manata azərbaycançı oldular. Daha fərqinə varmadılar ki, bazardakı adamlar onlara baxır, əllərində 20 qəpik tutub köşkə yaxınlaşırlar və görürlər ki, sevimli qəzetləri onları satıb. Oxucu ilə oynamaq çox təhlükəlidir. Başqa bir qəzet var, Azərbaycan Beynəlxalq Universitetin fəaliyyət göstərdiyi illərdə onun rektorunu, təhsil sistemini sərt tənqid edirdi. Rektorla görüşüb, sövdələşəndən sonra, tənqidlər tərifə çevrildi, o dərəcədə ki, qəzet ABU-nun Qafqazda ən nüfuzlu universitet olduğunu yazdı. Mətbuat Şurasında monitorinq qrupu fəaliyyət göstərirdi. Həm lehinə, həm də əleyhinə təbliğatı pozuntu kimi qeyd edir. Baş redaktor deyinir: “Tərifləyəndə də pozuntudur, tənqiq edəndə də?” Monitorinqi aparan jurnalist ona belə cavab verir: “Məsələn, mənim oğlum ABU-da təhsil alırdı, özüm də sizin qəzetin oxucusuydum. Yazdız ki, ABU pisdir, inanıb oğlum çıxartdım, getdi əsgərliyə və düşmən gülləsinə tuş gəldi. Şəhidimi yenicə dəfn edib, qəzeti əlimə almışdım ki, görüdüm ABU Qafqazın ən yaxşı universitetiymiş. Belə çıxır, məni çaşdırmaqla oğlumu Siz öldürdüz”. 
Məntiq faktdan öndədir. Tərsinə gedənlər uzağı “Qələbə”adlı meydana çatar, qələbənin özünü əldə etmək xülyadır. Müsavat başqanı İsa Qəmbərin 2003-cü il şüarıdır:  “Siz “Qələbə”yə qədər gəlin, oradan qələbəyə mən sizi aparacam”. Populizm. Çəkisi o qədər böyük populizmdir ki, 13 ildən sonra yenə əriməyib, aktuallığını itirməyib.
***
İndi Məhsul bayramı effekti yaratmağa çalışırlar. Plüralizm bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Mühit var, məkan var. Mühit referendum qabağı təşviqat qrupları üçün yaradılan qanuni şərait, məkan “Məhsul” stadionu. AXCP 11 senytabr – bazar günü mitinq keçirir, Əli Kərimli çıxışında bəyan edir ki, növbəti mitinq “müəyyən səbəblərdən” bazar günü yox, şənbə günü – sentyabrın 17-də olacaq. Səbəbini demir. Gizlədir. Nəyi? Niyə? Anındaca məlum olur: 18-i, yəni bazar günü Müsavat Partiyası mitinqə hazırlaşır. Normal məntiq, plüralist düşüncə sahibi buna sevinməliydi: adamlar çox gələcək, hakimiyyət gücümüzü görəcək. “Birlik” həmişə müsbət, “ayrılıq” həmişə mənfi çalarda olub. Birlik istəyən müsbət, ayrılıq istəyən mənfi qəhrəmandır. Qarabağ boyda dərdi olan xalq özünə mənfi qəhrəmanı neçə lider seçsin? Qəhrəmanın mənfi obraza çevrilməsində nə xalqın rolu olub, nə hakimiyyətin. 
İki tərəf var: müxalifət və iqtidar. Müqayisələr hər iki tərəfin fəaliyyətinin analizləri üzərində aparılır. Ən sonuncu hadisənin üzərində dayanaq. Müxalifətin bir hissəsinin lideri Əli Kərimli senytabırn 11-də mitinq keçirib, hakimiyyəti günahkar çıxaqmağa cəhd göstərdiyi halda, senytabrın 16-sı xalqın lideri, dövlətin başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyanı öz yalanları, böhtanları içində boğur. Aprel hadisələrində Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyən düşmən, Prezidentimizdən aldığı cavab zərbəsindən səndələyir…
***
Əli Kərimli Yasamalda Qarabağın işğalda qalmasında hakimiyyəti günahlandırdığı halda İlham Əliyev Bişkekdə məhz Ermənistanın Qarabağı işğal altında saxladıqlarını Sarkisyanın sifətinə çırpır. O məqamda ki, Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməliydi, növbəsini bizim Prezidentin xahişi ilə ona verir.
Yasamala heç Səbail baxmır, Bişkek isə bütün dünyanın gözlərini və qulaqlarını dikdiyi şəhər idi həmin gün. Əgər həmin gözlər və qulaqlar eyni anda Yasamala tərəf çevrilsəydilər, müqayisəyəgəlməz dərəcədə bu fərqi – İlham Əliyevin düşmənə, Əli Kərimlinin isə düşməninin düşməninə qarşı olduğunu görər, “düşmənimin düşməni mənim dostumdur” prinsipindən milyonlarla kilometr uzaqda olan Əli Kərimli haqqında rəy çıxarardı: Əli Kərimli düşmənin dostudur. Bax məntiq elmi budur.
Məntiq fakta çevriləndə daha onun qarşısında heç hidrogen bombası duruş gətirə bilmir. Düşmənlə mövqeyi üst-üstə düşən Əli Kərmli oğlunu davamçısı etməklə imicinə daha böyük zərbə vurmuş oldu. Həyatın cəmi bir yolu var. O yolu tapa bilmədinsə, yeridiyin bütün yolar uçuruma aparacaq. Təsadüflər belə, sənin uçuruma yuvarlanmana dəsək olacaqlar. 
 
***
Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib.
Dinləmələrdə Türkel Kərimli (Əli Kərimlinin oğlu) atasının yazdığını üzündən oxuyub. Əli Kərimlinin Yasamalda dediklərinin eynisi səslənib.
Tədbirdə oğul Kərimlinin yanında oturan şəxsin kimliyi diqqət çəkib və bu fakt oğulun yeniyetmə yaşında atanın siyasətinə qurban olduğunu acınacaqlı şəkildə təəssüf hissi ilə yenidən mətbuat səhifələrinə daşıyıb. Türkel Kərimli Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu, erməni diasporunun fəallarından olan Armen Saakyanla eyni masanı bölüşür. 
 
***
 
Bir haşiyə: Moskvada doğulub yaşayan azərbaycanlılardan birindən ermənilərlə necə münasibətdə olduğunu soruşublar. Cavab verib ki, hələ bu günə qədər bir nəfər erməni ilə salamlaşmayıb, çörək kəsməyib. Baxmayaraq ki, əksər qonşuları, iş yoldaşları ermənidir. Ardınca deyib ki, hər hansı erməni Qrabağı işğal etdiklərini boynuna alsa, həmin adama salam da verər, çörək də kəsər.
Bəlkə Armen Saakyan atasının işğalçı olduğunu etiraf edib? Əslində sadə insan, digər tərəfdən başqa ölkənin vətəndaşının düşməni olan millətin üzvü ilə salamlaşırsa, bu, böyük qəbahət deyil. Onların heç birinin münaqişədə günahı yoxdur. Siyasətçi oğlunun belə münasibətə razılıq verməsi xarakter kasadlığıdır. Nəzərə alsaq ki, Armenin atası dünyavi cinayətkardır, bir xalqa qarşı soyqırım törədib, həmin xalqın qanını daşıyanlardan biri Türkeldir, türklər demiş, vay dədəm vay…
 
***
Xalq sentyabrın 26-na hazırlaşır. Konstitusiyaya təklif olunan dəyişikliklərin bütün maddələr üzrə təsdiqini tapmasına və referendumdan sonra tətbiqinə böyük ehtiyac yaranıb. Ortada açıq sual var: Xalıqna və dövlətinə görə, xor gözlər və paslanmış düşüncələrə qarşı ən yüksək tribunalardan illərdir mübarizə aparan bir lider qoruduğu toplumu və coğrafi ərazini necə buraxıb kənara çəkilə bilər? Kim var? Bir xalq var, bir Prezident. Müxalifətin çağırışı ilə meydana çıxan adamlar da xalqın nümayəndələridir. Xəbərsizdirlər. Bilmirlər ki, referendum məhz onlar üçün, onların rifahı, gələcəyi üçün keçirilir. Konstitusiyaya təklif olunan dəyişikliklərin mahiyyətindən xəbərsiz olmaları onları çaşdırıb. Tribunadakılardan bir neçəsi dəyişikliklərin mahiyyətini bilirlər. Demirlər, meydana gələnlərə bəyan etmirlər. Çünki faş olarlar.
***
Gecdi. 20 il 6 günə əsrarəngiz formada uduzur. Sabah 5, birigün 4 gün olacaq. Hər geridə qalan saat, müxalifətin lideri kimi təqdim olunanların, hər qarşıdan gələn saat xalqındır. Sentyabrın 26-nı indidən xilas günümüz elan edə bilərik. Əsasən “Məhsul” stadionuna yığışanlar, bu gün Sizin üçündür. 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın