Menu
Geri İrəli

11 dərəcə şaxta, qar – Sabah

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2016 • Baxış sayı: 305 dəfə • Şərh yoxdur

qar-havaNoyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şmal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-4, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın