Menu
Geri İrəli

17 dərəcə isti olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 15-17 ° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-17, dağlarda gecə 3-8, gündüz 12-17° isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın