Menu
Geri İrəli

18 dərəcə isti olacaq – PROQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2016 • Baxış sayı: 117 dəfə • Şərh yoxdur

Aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  4-6  dərəcə, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti,  gündüz 13-18 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz  7-12 dərəcə isti olacaq.

buludlu-hava

Facebook Şərhləndirmə:

Şərhinizi yazın