Menu
Geri İrəli

2 mindən çox əcnəbi Azərbaycandan çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2015 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

miqrant2Startına sayılı günlər qalan Birinci Avropa Oyunları ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbirlərdən biridir. Tarixə ilk Avropa Oyunları kimi daxil olan nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir.

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda qələbələr qazanmaqla Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına və Azərbaycanın dünyada idman məkanı kimi tanınmasına səbəb olub.  Azərbaycanda son illər ərzində Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsi Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının qəbulu ilə nəticələnmişdir.

Bu gün artıq Azərbaycan Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə tam hazırdır. İnanırıq ki, ölkəmiz ev sahibi kimi ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək.

Birinci Avropa Oyunlarında milli yığmamıza uğurlar arzulayır, inanırıq ki, idmançılarımız qələbələri ilə xalqımızı sevindirəcək və üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıracaq!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın