Menu
Geri İrəli

20 YANVAR – QAN YADDAŞIMIZ

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2017 • Baxış sayı: 482 dəfə • Şərh yoxdur
Share Button

20yanvarHər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Cox nadir hallarda bu iki məqam ust-ustə duşur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecə Azərbaycan xalqı sınağa cəkildi. Həm xalqın oz icində yetişdirdiyi qəhrəmanlar uzə cıxdı, həm də ona başcılıq edənlərin kimliyi bəlli oldu.

1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xususi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli movqeyi sayəsində muxtar vilayətin idarə-muəssisələrinin tədricən Azərbaycanın tabeciliyindən cıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatcılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin səbir kasasını daşırmışdı. 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ kecirməsi, Naxcıvanın İranla sərhədindəki tikanlı məftillərin sokulub atılması, Xalq Hərəkatının radikal qanadının Milli Mudafiə Şurası təşkil edərək nəzarəti oz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dovlət Təhlukəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında “erməni talanları” torətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fursəti vermişdi. Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qaşı cıxan Azərbaycan xalqını cəzalandırmaq ucun Qanlı Yanvar qırğınını torətdi.

1989-cu ilin yayından etibarən Moskvanın Bakıya əlavə qoşun hissələri gondərməsi ucun Azərbaycan KP MK-nın birinci katibi Əburrəhman Vəzirovun, Nazirlər sovetini sədri Ayaz Mutəllibovun, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyanickonun, Azərbaycan SSR daxili işlər nazirinin birinci muavini Viktor Ваrannikovun imzası ilə SSRİ hokumətinin rəhbərlərinə şifrəli telefonoqramlar gondərilmişdi. İstintaq muəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ mudafiə və daxili işlər nazirliklərinin, habelə başqa xususi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən cox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana gondərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi quvvələrin, əməliyyatlara rəhbərlik etmək ucun Bakıya gələn 300-dən artıq yuksək rutbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika budcəsindən odənilirdi.

15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbacov DQMV-də və bəzi başqa rayonlarda fovqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cur lazımi tədbirlər gormək təklif edilmişdi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin huquqi quvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fovqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etmişdir. Muəyyən edilmişdir ki, bu fərmanı imzalamaqla kecmiş SSRİ-nin rəhbəri M.Qorbacov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur.

Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fovqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat catdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nun, o cumlədən Salyan kazarmasının giriş-cıxış yolu kəsilmişdi. Xalq Cəbhəsinin bəzi liderləri əhaliyə dağılmağı, bəziləri isə muqavimət gostərməyi məsləhət gorurdu.

Fovqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Turkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ mudafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin muavini Filip Babkov həyata kecirmişdilər.

Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən cıxarılan desant qrupları şəhər uzərinə hucuma kecdi. Ağır hərbi texnika cox asanlıqla barrikadaları dağıtdı. Şəhərin kucələri gullələnmiş və yaralanmış gunahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbcilər təsadufən kucəyə cıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları oldurur, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla oldururdulər.

Bakıya yeridilən qoşun kontingenti qapalı duşərgələrdə saxlanılırdı. Onlarla əhali ilə unsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, “islam fundamentalistləri”, “panturkistlər” Azərbaycanda sovet hakimiyyətini ələ keciriblər, ona gorə də onları məhv etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə koklənən, spirtli ickilər vasitəsilə qızışdırılaraq, şəhərə hucum edən əsgər və zabitlər qadına, qocaya, korpəyə, hətta təcili yardım maşınlarının suruculərinə və həkimlərə fərq qoymadan atəş acmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər ici insanlarla dolu minik maşınlarını əzib kecirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım gostərmək mumkun olmasın. Fovqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqcular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri olumcul yaralamışlar. Muəyyən olunmuşdur ki, “Mulki və siyasi huquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fovqəladə vəziyyətin tətbiqi və muddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdır. Kutləvi insan qırğını torədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fovqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan, və muxtəlif təyinatlı zirehli doyuş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant cıxarılmışdı. Azərbaycan xalqına qarşı torədilmiş bu təcavuz aktı mərhələ-mərhələ həyata kecirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar torədilmişdir.

Fovqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı gunlərdə Bakı şəhərində daha 57 nəfər oldurulmuşdur. Fovqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftcalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər oldurulmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqcular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cumlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı gullələrin torətdiyi yanğınlar nəticəsində kulli miqdarda dovlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Dovlət, ictimai və şəxsi əmlaka həmin dovrun qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Faciənin miqyası o dovrdə Rusiyada fəaliyyət gostərən “Şit” ictimai təşkilatının ekspertlərinin hesabatında daha dəqiqliklə ifadə edilmişdi:

- adamları xususi qəddarlıqla və yaxın məsafədən gullələmişlər. Məsələn, R.Rustəmova 23, Y.Meyerovicə 21, D.Xanməmmədova 10-dan cox gullə vurulmuşdur;

- xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər oldurulmuşdur;

- icərisində sərnişinlər, o cumlədən uşaqlar olan 39 nomrəli “İkarus” markalı marşrut avtobusu gulləyə tutulmuşdur;

- adamlar sungu-bıcaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gozu tutulmuş B.Yefimtsev də var;

- “Kalaşnikov” avtomatının ağırlıq mərkəzini dəyişən 5,45 mm caplı gullələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına catmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.

Qabaqcadan duşunulub hazırlanmış bu təcavuzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

20 Yanvar qırğınlarından sonra xalq vahimə icində idi. O, qanına bələnmiş, alcaldılmış, təhqir olunmuşdu. Yanvarın 21-də fərdi təqauddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda cıxış etdi. Bu ağır gunlərdə xalqla həmrəy olduğunu bildirdi. Əliyalın xalqın qırılmasını huquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin gunahı uzundən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Xalqın tələbi və bir qrup deputatın təşəbbusu ilə 1990-cı il yanvarın 22-də cağırılan Azərbaycan SSR Ali Sovetinin fovqəladə sessiyasında respublikanın əksər siyasi və dovlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, torədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini gostərirdi. Fovqəladə sessiya Bakı şəhərində torədilmiş faciəli hadisələrin təhqiqi ucun deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya hadisəyə huquqi-siyasi qiymət vermək əvəzinə, olənlər və yaralananlar, dovlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya oz rəyini faciənin torədilməsində iki il sonra – 1992-ci ildə SSRİ dovləti suqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə huquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.

1990-cı il yanvarın 24-dən 25-nə kecən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu kecirilmişdir. Plenumda gundəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fovqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək ucun komissiya yaradılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, umumiyyətlə, hec bir bəyanatla cıxış etməmişdir.

Zaman kecdikcə bir sıra həqiqətlər meydana cıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, kecmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cumlədən kecmiş SSRİ-nin yuksək instansiyalarında, xususən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə uzə cıxara bilər.

Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları antiAzərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yuksəlməsinə və nəticədə Azərbaycanın yenidən mustəqilliyə qovuşmasına gətirib cıxardı.

20 Yanvar faciəsinə dovlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi məsələsi umummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tovsiyəsi ilə 1994-cu ilin fevral ayında Milli Məclisin xususi sessiyası kecirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Quvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin mudafiəsi naminə kucələrə cıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavuz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq ucun 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dovləti və hokuməti rəhbərliyinin, o cumlədən şəxsən Mixail Qorbacovun Azərbaycan xalqına qarşı ağır cinayət torətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı torədilən hərbi təcavuzə gorə məsuliyyətin o dovrdəki respublika rəhbərliyinin (Əbdurrəhman Vəzirov, Ayaz Mutəllibov, Viktor Polyanicko, Vaqif Huseynov) uzərinə duşduyu, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.

«20 Yanvar Şəhidi» fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə «20 Yanvar şəhidi» fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ silahlı quvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavuzu zamanı həlak olmuş 147 nəfərə indiyədək “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

20 Yanvar hadisələrində şəhid olanların, itkin duşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dovlət yardımları edilir.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

20 Yanvar faciəsi, eyni zamanda həm umumxalq faciəsi, həm də mustəqillik, istiqlal və hurriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Umummilli lider Heydər Əliyevin soylədiyi kimi, bu təcavuz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qururunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

Tariximizin bu səhifəsi imperiya gullələrinin səsindən acılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq!

Mansurova Aysel Əlivxan qızı.

YAP-nın üzvü.

36 nömrəli tam orta məktəbin fizika müəllimi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın