Menu
Geri İrəli

277 reys təxirə salındı – AZAL-dan açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2017 • Baxış sayı: 553 dəfə • Şərh yoxdur
Share Button

azal2“Türk Hava Yolları” “Atatürk” və “Sabiha Gökçen” hava limanlarından uçuşu nəzərdə tutulan 277 aviareysi təxirə salıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə reyslərinin təxirə salınması əlverişsiz hava şəraiti ilə əlaqədardır.

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan 1 uçuş təxirə salınıb.

Uçuşların nə zaman bərpa olunacağı haqda məlumat verilməyib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AzVision.az-a bildirib ki, “Azərbaycan Hava Yolları” QSC-də uçuşu planlaşdırılan heç bir reys təxirə salınmayıb və uçuşlar qrafik üzrə həyata keçirilib. Onun sözlərinə görə, uçuşlarda heç bir problem yoxdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın