Menu
Geri İrəli

28 dərəcə isti olacaq – SABAH

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2017 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

yaz_havasi_0041Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində  yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-15°, gündüz 18-22°, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq, gündüz tədricən kəsiləcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Mayın 17-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın