Menu
Geri İrəli

“28 Mall” bağlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2017 • Baxış sayı: 564 dəfə • Şərh yoxdur
Share Button

“28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb. Mollun qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir. Mühafizəçilərin virtualaz.org-a bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.

“28 Mall” ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.

Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.

181408_src

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın