Menu
Geri İrəli

itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb – RƏSMİ MƏLUMAT

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2015 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur

ede32c502b2ede1d11a5fc74c5edf59dSOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb.

Bu barədə “APA-Economics”ə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir.

Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Facebook Şərhləndirmə:

Şərhinizi yazın