Menu
Geri İrəli

3 qitə 2500 metr yüksəklikdə birləşdi – 500 milyardlıq şəhər qurulacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2017 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur
Share Button

xeriteSəudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın təşkil etdiyi “Neom” layihəsinin detalları açıqlanıb.
Publika.az xəbər verir ki, 500 milyard dollarlıq layihə Səudiyyə Ərəbistanının şimal-qərbindəki Akabe körfəzi və Qırmızı dəniz sahillərinə qədər uzanacaq.
Asiya, Avropa və Afrika qitələrini birləşdirəcək “Neom” “gələcəyə çatmaq nöqtəsi” adlandırılır. Layihənin 9 ana mövzusu var. Bunlar enerji və su, hərəkətlilik, biotexnologiya, qida, hasilat, media, əyləncə, texnoloji, dijital elmlər və Neom təməllərində yaşam mövzularıdır.
Layihə 468 kilometrlik ərazini əhatə edəcək və 2500 metr yüksəklikdəki dağ silsiləsinin olduğu, insan əli dəyməmiş bir ərazidə qurulacaq.
Neom müstəqil iqtisadi bölgə kimi fəaliyyət göstərəcək. Sağlam inkişafı və böyüməsi üçünsə özünəməxsus qanunları, vergi sistemi və məqsədləri olacaq.
Dünya əhalisinin 70%-i 8 saat içində Neoma gələ biləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın