Menu
Geri İrəli

34 prezident, 23 baş nazir Bakıdadır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2016 • Baxış sayı: 882 dəfə • Şərh yoxdur

1457599334Bu gün “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Axar.az xəbər verir ki, forum çərçivəsində Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Fələstin Prezidenti Mahmud Abbas, Albaniya Prezidenti Buyar Nişani, Makedoniya Prezidenti Giorge İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Sloveniya Prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç Azərbaycanda səfərdədir.

Bundan başqa Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko, Latviyanın sabiq prezidentləri Vayra Vike-Frayberqa və Valdis Zatlers, İsrailin keçmiş baş naziri Ehud Barak, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç, Polşanın sabiq prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski, İordaniya Krallığının keçmiş baş naziri Abdelsalam Al-Macalini, Serbiyanın keçmiş prezidenti Boris Tadiçi və İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta lV Qlobal Bakı Forumunda iştirak etmək üçün paytaxt Bakıya gəlib.

Ümumilikdə isə 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident və 23 sabiq baş nazir daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər Forumda iştirak edir.

Qeyd edək ki, “Çoxqütblü dünyaya doğru” mövzusunda Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum (I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilmişdir) mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın