Menu
Geri İrəli

4 hərbçimizin həlak olması xəbərinə – Rəsmi reaksiya

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2017 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

1498083453-8415Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Qeyd edək ki, Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın