Menu
Geri İrəli

45 qəzet, 16 telekanal, 23 radio bağlandı – Türkiyədə+ Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2016 • Baxış sayı: 513 dəfə • Şərh yoxdur

gzt-580x423Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb.

APA-nın məlumatına görə, bu barədə “Milliyet” qəzeti xəbər verib.

Bağlanılan qəzetlərin arasında Tərəf Zaman, Azad Düşüncə, Bu gün, Millət, meydan, Today s Zaman, Sabaha Baxış və Yeni Hayat-in adları var.

Bağlanılan televiziya kanalları bunlardır: Barış TV, Bu gün TV, Can Erzincan TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, Kanaltürk, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, Samanyolu TV, SRT TV, Tuna Shopping TV , Yumurcak TV.

Cihan Xəbər Agentliyi, Müxbir Xəbər Agentliyi və SEM Xəbər Agentliyi bağlanılan informasiya agentlikləri arasındadır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın