Menu
Geri İrəli

5 yaşlı oğlunu boğaraq öldürən qadın Psixiatriya Xəstəxanasına göndərilib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2017 • Baxış sayı: 145 dəfə • Şərh yoxdur
Share Button

96ab8ec8-ccdc-408b-ad68-ebbdc5219409_292Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, N.Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub. Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir. Prokuror N.Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicə göndərilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, N.Qulubəyova cinayət məsuliyyətindən azad edilib. Amma onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicəyə göndərilib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü N.Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın