Menu
Geri İrəli

6 tələbənin ölümünə səbəb olan sürücü MƏHKƏMƏ QARŞISINDA

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyul 2017 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur
Share Button

560021Bir neçə saat əvvəl bir yerdə olduğumuz dostlarımız artıq cansız idi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

sumqayitxeber.com Report-a istinadən xəbər verir ki,hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elgiz Həsənov qəzaya qədər olanları xatırlamadığını deyib: “Qəzadan sonra olanları xatırlayıram. Qəza bir anda oldu. Ötmə əməliyyatını görməmişəm. Qəzadan sonra maşından düşən 4 nəfərdən biri idim. Çıxanda gördüm ki, 3 nəfər dostum yerdə uzanıb. Hər yer qan idi. Bir neçə saat əvvəl bir yerdə olduğumuz, söhbət etdiyimiz adamlar, dostlarımız artıq cansız idi”.

Məhkəmədə zərərçəkmişlərin dindirilməsi başa çatıb.
İş üzrə tanınan şahidlərdən bir nəfər dindirilməmiş qalır. Həmin şahidin məhkəməyə gətirilməsi üçün proses iyulun 25-nə təxirə salınıb.
Xatırladaq ki, həmin şahid qəza zamanı tələbələrin olduğu qırmızı rəngli “Ford”la ötüşdüyü deyilən yaşıl rəngli “Ford”un sürücüdü Rauf Seyfullayevdir. Məhkəmə həmin sürücünün məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb. Hələ ki, onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Əlavə edək ki, qəzadan sonra yayılan videogörüntülərdə qəzaya uğrayan “Ford”un yaşıl rəngli “Ford”la ötüşdüyü və sağ tərəfdən ötmə əməliyyatı etdiyi görünür.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın