Menu
Geri İrəli

700 bal toplamış sumqayıtlı tələbə təltif edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2017 • Baxış sayı: 1,707 dəfə • Şərh yoxdur

1495801312_19I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. DİM-dən verilən məlumata görə İmtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. Abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə prosesdən xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z. Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya ( EldarƏfəndiyev),

Bakı şəhəri 287 saylı “Zəkalar” liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb. EldarƏfəndiyev 2000-ci ildə may ayın 14-də Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə 27 nömrəli məktəbin 1-ci sinfinə gedib. VI-cı sinifdən Təbiət elmləri təmayüllü gimnaziyada təhsil alır. Eldar çox çalışqan, elmə marağı olan bir şagirddir. O, fənlər arasında heç bir fərq qoymur, bütün fənləri mükəmməl öyrənir.

Eldarın biologiya müəllimi Aygün Əhmədova VI sinifdən IX sinifə qədər onun həm də sinif rəhbəri olmuşdur. IX sinifdən hal-hazıra kimi İradə Hacıyeva onun sinif rəhbəri, həm də ingilis dili müəllimidir. Eldar deyiir ki, bütün müəllimlərimin mənim üzərimdə əziyyəti var, hamısına münnətdaram. Qeyd edək ki, Eldar IX sinifdə oxuyanda biologiya fənnindən respublika olimpiadasından qızıl, XI sinifdə isə gümüş medala layiq görülmüşdür.

Mayın 11-də Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov Eldar Əfəndiyevi qəbul edərək yüksək nəticə göstərdiyinə görə onu və onun timsalında başda gimnaziyanın direktoru Nizami Əhmədov olmaqla pedaqoji kollektivi, onun valideynlərini təbrik etmiş, ona qiymətli hədiyyə və Fəxri fərman təqdim etmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın