Menu
Geri İrəli

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2017 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

c4b5537379399500bfca8a0b9ad8541dDövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının Azərbaycan və rus dillərində 4-cü nömrəsini nəşr edib. DİM-dən APA-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap olunub.

Bu nömrədə, Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları, Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim edilib.

DİM abituriyentlərin nəzərinə çatdırır ki, 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2017-ci il 2-ci nömrəsində işıq üzü görüb.

Jurnalı Bakıda A. Salamzadə küçəsi, 28 və Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın