Menu
Geri İrəli

ABŞ Samsung Galaxy Note 7 smartfonlarından imtina etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2016 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur

samsungABŞ Samsung Galaxy Note 7 smartfonlarının satışını qadağa edib. Buna səbəb smartfona aid batareyaların partlamasıdır. SİA-nın məlumatına görə bu haqda Associated Press yazır. Artıq istehsalçı bu telefonlara sahib olmuş alıcılarına onları dəyişdirəcəklərini bəyan edib.

Lakin ABŞ-ın istehlakçıların təhlükəsizliyi komissiyasının sədri Eliot Key şirkəti tənqid edib və telefonların satışını qadağa edən rəsmi qərarın verilməsini tələb kimi irəli sürüb. Onun sözlərinə görə, yararsız telefonlarını geri alan şirkət daha öncədən bu barədə fikirləşməli, sadəcə satışa çıxardığı telefonları təkrarən yoxlamalıydı. Key deyib ki, artıq milyondan artıq Galaxy Note 7 smartfonları zay çıxıb.

Qeyd edək ki, bu olay Samsung şirkətinin əsas rəqibi Apple şirkətinin yeni iPhoone modeli barədə anonsundan sonra yaşanıb.

Rövşən Nurəddinoğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın