Menu
Geri İrəli

Abşeronda yanaraq ölən şəxs tanınmış rəqqas imiş – YENİLƏNİB – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2017 • Baxış sayı: 1,057 dəfə • Şərh yoxdur
Share Button

Noyabrın 11-nə keçən gecə Masazırda baş vermiş dəhşətli yanğın zamanı vəfat edən 37 yaşlı Əlibəndə Əliyevin tanınmış rəqqas olduğu məlum olub. Lent.az xəbər verir ki, Əlibəndə Əliyev Xəzər Universiteti Dünya məktəbində çalışırmış. Peşəkar rəqqas olan 37 yaşlı Əlibəndə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xəzər Universitetinin Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Uşaq Flarmoniyasında çalışıb. Rəqqas kimi 10-dan çox ölkədə Azərbaycan rəqs ansamblının tərkibində çıxış edib. O, Xəzər Universiteti Dünya məktəbində oğlanlardan ibarət rəqs ansamblının rəhbəri vəzifəsində çalışırmış.

*****

11 noyabr

Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti  aşkarlanıv. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın