Menu
Geri İrəli

Ağdaşda dərmandan tələf olmuş heyvanlar küçənin ortasında qalıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur
Share Button

Ağdaşın Yenicə kəndində kütləvi şəkildə tələf olmuş iribuynuzlu mal-qaranın cəsədi ortalıqda qalıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, 41 baş inəyin cəsədinin daşınmasına və basdırılmasına rəsmi qurumlardan yaxın duran yoxdur.

Yalnız Ucar Baytarlıq İdarəsindən gələn mütəxəssislər laborator müayinələr üçün heyvanlardan nümunə götürərək gediblər. Onlar istirahət günü ilə əlaqədar cəsədlərin daşınmasının mümkünsüz olduğunu söyləyiblər.

Yerli əhali heyvan cəsədlərinin iylənəcəyindən və infeksiya yarada biləcəyindən ehtiyat edir. Hazırda hadisə yerində vəziyyət acınacaqlıdır.

4b20f0ff-dde1-44b6-95f8-c439f4ce4456 b389d320-69f6-48b1-b19e-4eddfa395c6f d1ba1c00-7894-4a50-b3bc-73889bb6043b da1bfca4-b05a-47bc-963b-2d0fc3f749ee

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın