Menu
Geri İrəli

Ailəsi onun bayramını təbrik etmək üçün deyil, 40 mərasiminə hazırlaşır – NEKROLOQ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2015 • Baxış sayı: 696 dəfə • Şərh yoxdur
1435393815_11027466_1024753794201528_5795328710055628610_nİŞIQLI QƏM İÇİNDƏ
SEYMUR Ərəstun oglu KƏRİMOV
23 yaşlı polis leytenantı. Polis Akademiyasının məzunu.
29 mayda Seymurun həyatına ayrılıq anı yetişdi. Valideynlərindən uzaqda, işlədiyi Şabran rayonunda. Yüksək sürətlə idarə etdiyi maşınında Seymur həyatını itirdi. Nahaq yerə hicran ömrü deməmiş ki, həyatına.. Bəlkə də mənim ömrümdə HİCRAN ÖMRÜ var deyibmiş, pıçıldayıbmış özünə Seymur.Biz duymamışıq. Bəlkə də ölmündən xəbərsiz o polis olmaq arzusunda imiş. Çətini hicran dənizinin bəyaz sahilini tapmaq idi. Amma o sahili axtarıb tapa bilmədi, Seymur …
S.Kərimov təyinatla Şabran rayon Polis Şöbəsində Çinayət Axtarışı üzrə Əməliyyat Müvəkkili işləmək üçün getmişdi. Deyirlər “Yolların görüşməsinin mütləqliyi” var. Bəlkə Seymur yaxın sandığımız Şabrana deyil, əbədi bir yola çıxmaq üçün 5 il oxudu, diplom aldı, çiyinlərinə polis paqonu taxdı?! 2 iyul Polislərin Peşə Bayramı gəlir. Amma ailəsi onun bayramını təbrik üçün deyil, 5 iyulda keçiriləcək 40 mərasiminə hazırlaşır. Valideynləri Seymuru xonçalarla yola saldı. Əbədi bir ünvana və yadlaşlardan silinməyən xatirələrə… Şabrana bir il bundan öncə sevinclə yola saldıqlarından tam fərqli! Beləcə vidalaşıb getdi Seymur…
ALLAH RƏHMƏT ELƏSİN.
Təranə Şükürlü,
dosent
Facebook Şərhləndirmə:

Şərhinizi yazın