Menu
Geri İrəli

Aksiya keçirən tələbələrlə bağlı İSLAHAT – Yeni rektor QAYDALARI DƏYİŞDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2017 • Baxış sayı: 1,133 dəfə • Şərh yoxdur
Share Button

kamal-abdullaXarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

Lent.az-ın xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir.

- Yay məktəbi tam pulsuz olacaq
- Apeliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq
- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq
- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq
- Çöldə əlavə nəzartçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq
- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və özləri kitabxana əməkdaşları gətirib verəcək
- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq
- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq.
- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək
- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın