Menu
Geri İrəli

Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum olub Böyüt

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2017 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

1436246299_tqdk-rus-bolmesi-abituriyentleri-uchun-imtahan-kechirirAli təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyənləşib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM)APA-ya verilən məlumata görə, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.
Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar əksini tapacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın