Menu
Geri İrəli

AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2015 • Baxış sayı: 343 dəfə • Şərh yoxdur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında kadr məsələləri müzakirə olunub.

Toplantıda AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi postunda dəyişiklik edilib.

Rəyasət Heyətinin qərarı ilə Səbuhi Qəhrəmanov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Qəhrəmanov BDU-da Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavr  və magistr  pillələrini fərqlənmə ilə bitirmişir. Hazırda Nizami adına Ədəbiyyat İnstitutunun dissertantıdır.

Bundan öncə AMEA-nın “Elm” nəşriyyatının Nəşriyyat şöbəsinin müdiri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat katibi, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndinə uyğun olaraq informasiya azadlığı üzrə məsul şəxs və AMEA Dendrologiya İnstitunun İnnovasiya, patent, xarici ve ictimai əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın