Menu
Geri İrəli

Ana 35 il Ermənistanda yaşayan qızını tapdı, efirdə gözyaşlarına boğuldu (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 1,261 dəfə • Şərh yoxdur
Share Button

1506083945_asasaasasXoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən “Səni axtarıram” verilişində ürəkparçalayan anlar yaşanıb.

Öladı 35 il əvvəl erməni ailəsinə verilən Sədaqət xanım efirdə gözyaşlarına boğulub. İllər əvvəl Sədaqət xanımın əri qızını erməni ailəyə verib. Ermənistanda yaşayan, orada böyüyən Emma adlı qız erməni bir gənclə evlənib.

Studiyada olan qonaqlar anadan öz qızından imtina etməsini istəyiblər. Ancaq ana Emmanın onun qızı olduğunu bildirib və onu buraxmayacağını deyib. Daha sonra qadın ağlayaraq fəryad edib və qızından üzr istəyib.

“Səni axtarıram” verilişinin əməkdaşları Emma ilə əlaqə saxlayıb. Qız anası ilə Gürcüstanda görüşməyə razılıq verib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın