Menu
Geri İrəli

Anası şəhidin tabutunu çiynində daşıdı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2016 • Baxış sayı: 377 dəfə • Şərh yoxdur
LMU3PCE87y34Orucəliyev Qabil aprelin 2-dən bu günə qədər cəbhədə davam edən gərginlik zamanı şəhid olan əsgərlərimizdəndir.

Vətən uğrunda şəhid olan Orucəliyev Qabilin meyiti ailəsinə təhvil verilib.

Şəhidimizin dəfn mərasimində anası oğlunun tabutunu çiynində daşıyıb.

Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində Naxçıvan sakinləri şəhidi son mənzilə yola salıblar. Anası isə həm şərəflə , həm göz yaşı ilə balası ilə sağollaşıb.

Xatırladaq ki, Q.Orucəliyev Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu dünyaya göz açıb. Amma Orucəliyevin oğlunun nə səsini eşidib, nə də üzünü görüb. Q.Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həm də atasız böyüyüb.

Dəfn mərasimindən görüntülərini Big.az-a istinadla təqdim edirik:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın