Menu
Geri İrəli

ANS-də əmək haqqı qalmaqalı – ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur

2(97)sumqayitxeber.com-a ANS şirkətlər qrupunun montaj və qrafika departamentinin komputer montajçısı Vəliyev Sərxan Həsən oğlu tərəfindən əmək haqqımın verilməməsi ilə bağlı şikayət məktubu daxil olub. Şikayət məktubunu təqdim edirik:

“Yazıb sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 04.06.2015 tarixində mən Vəliyev Sərxan Həsən oğlu  (montaj və qrafika departamentinin komputer montajçısı)  əmək haqqımın verilməməsi ilə bağlı ANS şirkətlər qrupunun prezidenti Vahid Musatafayevə  müraciət etdim ki, bu işin araşdırılıb həll edilməsi üçün göstəriş verəsiniz  işin araşdırılması təhlükəsizlik xidmətinin rəisi Kərim müəllimə həvalə edildi. Amma təəssüflər olsun ki,araşdırmanın nəticəsi heç də ürək açan olmadı, belə ki, 19.06.2015 –ci tarixində təhlükəsizlik xidmətinin rəisi Kərim müəllimin mənə dediklərinə əsasən Mir Şahin müəllim əmək haqqımın verilməsinin əleyhinə olduğunu bildirib. Bundan əvvəl də  mən Mir Şahin müəllimin adına izahat yazmışdım ki, mənim xidməti müqaviləmin bir nüsxəsinin verilməsi ile bağlı göstəriş versin, lakin Mir Şahin müəllim müqavilənin bir nüsxəsini verilməsi ilə bağlı heç bir göstəriş vermədi. O zaman  belə başa düşürəm ki Mir Şahin müəllim “qul haqqı” yeməyə qərarlıdır. Peyğəmbərimizin gözəl bir kəlamı var “İşlətdiyiniz işçinin əmək haqqısını alın təri qurumadan veriniz” . Görünür bu kəlamların Mir Şahin müəllimə heç bir aidiyyatı yoxdur, yada ki çoxdan unudub, amma mənim düşüncəmə görə adının əvvəlində Mir yazılıbsa unutmağa haqqı yoxdur, sadəcə riayət etmək istəmir, yenə də özu bilər və şərt o deyil ki namaz qılıb oruc tutasan və hətta  Həccə gedəsən,axı  əsl müsəlman dediyimiz “qul haqqı” yeməz. Mənim əmək haqqımı vermək istəmirsə verməsin, hec bir problem yoxdur, ola bilər iclasda bizə dediyi kimi bəlkəm həqiqətən də bacısının bas daşını göturmək üçün kredit borcu var,o zaman  qoy həmin iki ayın kredit borcu mənim əmək haqqımdan olsun. Bilməyinizi istərdim ki, bu haqsizliqla bağlı bütün medianı məlumatlandıracam. Bu cür haqsızlığdan hər kəsin xəbərdar olması mütləq şəkildə vacibdir.”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın