Menu
Geri İrəli

ANS-in tanınmış aparıcısı qəzaya düşdü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 518 dəfə • Şərh yoxdur

1Mahmudova əyləci basmağa gecikib.

ANS telekanalının məşhur simalarından biri olan Nigar Mahmudova idarə etdiyi avtomobil ilə zəncirvari qəzaya səbəb olub. Oxu.Az publika.az xəbər verir ki, Dərnəgül yolunda qeydə alınan hadisə zamanı Mahmudovanın idarə etdiyi 90-HB-373 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil ilə yanaşı, daha 2 avtomobilə də ziyan dəyib.

Hadisə Dərnəgül yolunda, körpünün üstündə baş verib. Qəzaya səbəb kimi ara məsafənin düzgün seçilməməsi göstərilir. Qarşısındakı avtomobilin dayandığının fərqinə varmayan Mahmudova əyləci basmağa gecikib.

Beləliklə, alagözlü aparıcı qarşısındakı avtomobili vurub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın