Menu
Geri İrəli

Arvadını, qaynana və qayınatasını niyə güllələyib öldürdü? – DƏHŞƏTLİ CİNAYƏTDƏN YENİ XƏBƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2016 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur

Qətliam 4 uşaq atası Quliyev Ələsgərin qayınatasının evində baş verib

Dünən Ağcabədi rayonunda  baş vermiş və 4 nəfərin ölümü ilə yekunlaşan dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun həyat yoldaşı və dayısı qızı olan 40 yaşlı Ayfan Səfərova, qaynanası, 62 yaşlı Nazilə Səfərova və qayınatası 67 yaşlı Ənvər Səfərovu güllələyərək qətlə yetirməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmə) və 228-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə iş başlanılıb.

Bildirilir ki, hadisəni törədən Ə.Quliyev çoban olub. Onun həyat yoldaşı, 4 övladının anası olan A.Səfərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq atası evinə gəlib. Dünən Ə.Quliyev qayınatasının evinə gedərək arvadını aparmaq istəyib və bu zaman məlum hadisə baş verib. Evdə 3 nəfəri güllələyərək öldürən Ə.Quliyev daha sonra tüfəngi götürərək qaçmaq istəyib və bu məqsədlə Bəhramtəpə-Yevlax yolunun kənddən keçən hissəsinə çıxıb. Lakin artıq yaxalanacağını hiss edən 46 yaşlı kişi yolun kənarında, qəbiristanlığın yaxınlığında tüfəngi çənəsinə dirəyərək başına atəş açıb.

Hadisə vaxtı ailənin 4 övladından heç biri evdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

*****

25 iyun

Ağcabədidə həyat yoldaşını, qaynana və qayınatasını qətlə yetirən şəxs intihar edib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağcabədidə Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı,həmçinin dayısı qızı olan Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və  qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Ə. Quliyevin qayınatasının evində baş verib. O, hadisəni törətdikdən sonra qəbristanlıq yaxınlığında intihar edib.

Qətlə yetirilənlər Ağdam rayonu Mərzili kənd sakinləridir, onlar Ağcabədi rayonunda məskunlaşıblar. Qətli törədən isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.

Şahidlərin sözlərinə  görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ərazini mühasirəyə aldığını görərək, özünə atəş açaraq intihar edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın