Menu
Geri İrəli

Arzu Nağıyev: BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu ölkəmizə olan böyük etimadın nümunəsidir (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2016 • Baxış sayı: 268 dəfə • Şərh yoxdur

trend_arzu_nagiyev_031215“Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələrdən və Azərbaycan Ordusunun qazandığı uğurlardan sonra güc nümayiş etdirməklə erməniləri danışıq masasına oturtmaq üçün bir məqam yetişib”.

Bunu Baku Network” ekspert qrupunun aprelin əvvəlində cəbhə xəttində hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni siyasi vəziyyətə və aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş növbəti müzakirələrində Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bunu bütün dünya dəstəkləyir və bu istiqamətdə müvafiq addımlar atılmalıdır: “Serj Sarkisyan və onun komandası məhz Dağlıq Qarabağ münaqişəsi üzərindən, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı və digər qanlı cinayətlər üzərindən Ermənistanda hakimiyyəti zəbt ediblər. Bu gün onlar öz hakimiyyətlərini saxlamaq, status-kvonu uzatmaq üçün müxtəlif bəhanələr gətirirlər, cəbhə xəttindəki məğlubiyyətlərini kiminsə ayağına yazmağa çalışırlar. Ancaq artq ermənilər istəsələr də bundan sonra status-kvonu uzada bilməzlər. Ya danışıqlara gedilməlidir, ya müharibə başlanmalıdır. Ermənilər hansı iqtisadi vəziyyətlə, hansı vəsaitlə müharibə aparacaq?! Digər tərəfdən də bu gün erməni anaları ayağa qalxıb öz övladlarını Dağlıq Qarabağa buraxmaq istəmirlər. Yəni, artıq Dağlıq Qarabağ məsələsinə bir aydınlıq gətirilməlidir”.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna gəlincə isə A.Nağıyev deyib ki, məhz belə bir şəraitdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün ölkəmizdə belə bir böyük forumun keçirilməsi çox mühüm bir hadisədir: “Bu, qələbə əzmli Azərbaycanda keçirilmiş bir forum olacaq”.

A.Nağıyev deyib ki, hər şeydən öncə bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi baxımdan çox əhəmiyyətlidir: “Forumda dövlət və hökumət başçılarının, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulur ki, ölkəmizə olan böyük etimadın bariz nümunəsidir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın