Menu
Geri İrəli

“ASAN Viza” yanvarın 10-da istifadəyə veriləcək Böyüt

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2016 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur
Share Button

asan“ASAN Viza” portalı 2017-ci il yanvarın 10-dan tam istifadəyə veriləcək.

APA-nın xəbərinə görə, bu barədə “ASAN Viza” portalının təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, “ASAN Viza” vasitəsilə əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn şəkildə müraciət edərək viza ala biləcəklər.

Dövlət Agentliyinin sədri qeyd edib ki, ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.

Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın