Menu
Geri İrəli

“AST Telman” həbs oluna bilər: törətdiyi qətllər üzə çıxır – ŞOK İTTİHAM

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 508 dəfə • Şərh yoxdur
Share Button

ast_telmanAzərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov və ailəsi adam öldürməkdə ittiham olunur.

“AST Telman” yaxın vaxtlarda cinayət qruplaşması yaratmaq və qətllər törətmək şübhəsiylə axtarışa verilə bilər. İsmayılovun adının hallandığı cinayət əməllərindən biri də Lianozovsk bazarının yandırılmasıdır. Hazırda cinayət işiylə bağlı sənədləri Rusiya istintaq komitəsi öz nəzarətinə götürüb.

Məlumata əsasən, İsmayılovlar ailəsinin rəhbərlik etdiyi cinayət qruplaşması 2 nəfərin ölümündə və qanunsuz silah daşınmasında ittiham olunurlar. Lakin İsmayılov ayrılıqda daha 3 nəfəri öldürməkdə və özgənin əmlakını qəsdən məhv etməkdə şübhəli bilinir.
Mənbənin sözlərinə görə, İsmayılovların iştirakıyla törədilən qətllərin sayı 10-u ötüb. Telman İsmayılovun doğma qardaşı Rafiq İsmayılovun “sağ əli” hesab olunan Harri Belotserkovski istintaqda izahat verib. Məlumata görə, o, ailədə silahlı əməliyyatlara, müxtəlif şəxslərin aradan götürülməsinə, həmçinin kriminal aləmlə əlaqə qurulmasına cavabdeh olub.

İstintaq çərçivəsində Telman İsmayılovun adını da ilk olaraq Belotserkovski işlədib. O, 2000-ci ildə Rafiqlə birlikdə “Praqa” restoranına gəldiyini və burada qardaşlar- Telman və Rafiq İsmayılovlar arasında söhbətə şahid olduğunu bildirib. Həmin söhbətdə qardaşlar kriminal avtoritet Andrey Lobanovun “aradan götürülməsi”nin vacibliyini, eləcə də mümkün cinayətin detallarını müzakirə ediblər. 2000-ci ilin dekabrında Rafiqin 2 silahlı adamı Lobanov və onun cangüdəninə atəş açıblar. Nəticədə, kriminal avtoritet aldığı güllə yarasından keçinib, cangüdəni isə ağır yaralanıb. Lobanovla İsmayılovların düşmənçiliyinin səbəbi isə Moskvada “nəzarət hüququnu” bölüşdürə bilmədikləri bir sıra bazarlar olub. Lakin Lobanovun öldürülməsi mübahisəyə son qoymayıb. Bu mübarizədə “kuliminasiya nöqtəsi” 2005-ci ilin oktyabrında Lianozovsk bazarının yandırılması olub. 1000 kvadrat kilometrdən çox ərazini əhatə edən yanğının söndürülməsinə 25 ədəd yanğınsöndürən maşın cəlb olunub.

İddialara görə, bu da İsmayılovların sonuncu cinayəti olmayıb. Belə ki, biznesmen Vladimir Savkin qardaşlardan 5,5 milyon dollar dəyərində payını tələb edəndən sonra ailənin hədəfinə keçən növbəti şəxs olub. Rafiq İsmayılovdan haqqını tələb edən Savkin israrla etirazını bildirdikdə, görüşə çağırılıb. 2016-ci ilin may ayında, məbləğin detallarının müzakirə olunmalı olduğu görüşdə Savkin tanışı Yuri Brilyevlə birlikdə güllələnib. Məhz bu faktla bağlı açılan cinayət işinin istintaqı çərçivəsində İsmayılovlar ailəsinin fəaliyyəti üzə çıxmağa başlayıb.

Hazırda Rafiq İsmayılov saxlanılıb. Əvvəllər Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan qardaşı Vaqif axtarışa verilib. Telman İsmayılovun isə bütün ev və əmlaklarında axtarış aparılıb. Mənbənin sözlərinə görə, cinayət işlərində təkcə Telman İsmayılov deyil, oğlanlarının da rolu olduğu güman edilir. Belə görünür ki, Telman İsmayılov yaxın zamanda axtarışa veriləcək.

mənbə: yenicag.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın