Menu
Geri İrəli

AST Telmanın Göyçaydakı evi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

5b378b99229b

Son günlərdə maliyyə problemləri, dünyanın ən bahalı otelinin satılması ilə gündəmə gələn Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı AST Telman (Telman İsmayılovun) dünyaya göz açdığı Göyçay rayonundakı ata yurdu baxımsız vəziyyətdədir.

Rayonda təmirə ehtiyacı olan evin qapısına hazırda qıfıl vurulub.

Qonşuların sözlərinə görə, Telman İsmayılov 1956-cı ildə məhz bu evdə dünyaya göz açıb. 12 uşaqlı ailənin 10-cu övladı olan AST Telmanın ailəsi uzun illər bu evdə yaşayıb. Təxminən 1963-1964-cü illərdə valideyinləri ilə Bakıya köçüb.

İş adamının keçmiş qonşusu Rafiq Bayramov bildirib ki, biznesmenin atası Mərdan kişi həmin vaxtlar Göyçay bazarında parça mağazasında işləyib. Hələ o dövrdə imkanlı və çoxlu qızıla sahib olduğundan ona lələ ləqəbi verilib. Ailənin yaşadığı ev isə elə o illərdə rayon sakini Vidadi Babayevin ailəsi tərəfindən satın alınıb.

V.Babayevin sözlərinə görə, uzun illər sonra Telman İsmayılovla Bakı şəhərində təsadüfən görüşsə də məhşur biznesmen doğulduğu evin məhz onun tərəfindən satın alındığını sonradan öyrənib.

Milyonçu iş adamının qardaşlarından ikisi dünyadan köçüb. Qardaşları ilə bərabər atası Mərdan kişi və anası Pəri xanımın məzarları da Moskvadadır. Digər bacı və qardaşları da Moskva ətrafı vilayətlərdə yaşayırlar. Məhşur biznesmenin həyat yoldaşı isə Quba rayonundandır. Onların Ələkbər və Sərxan adlı iki övladı var.

Xatırladaq ki, Telman İsmayılov 1989-cu ildə AST şirkətini qurub. “AST” qrupunun illik dövriyyəsi 2 milyard dollara bərabərdir. Bundan öncə Şərqi Avropanın ən iri ticarət meydanı hesab olunan və 2009-cu ildə bağlanan Çerkizovskiy bazarı da həmin qrupa məxsus idi.

2009-cu ildə AST Telman Türkiyənin Antalya şəhərində 7 ulduzlu “Mardan Palace” adlı lüks otel açıb. 2013-cü il üçün “Forbes” jurnalının məlumatlarına əsasən Telman İsmayılovun sərvəti $0,75 milyard dollardır. AST Telman artıq iflas edib.

Milyonçu atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayilova 10 qat baha başa gəlmişdi. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın