Menu
Geri İrəli

“AtaBank” zamin qadını həbs etdirdi – Borclunun özünü tapa bilmirlər…

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur
Share Button
bankAzərbaycanda bankdan kredit götürmüş şəxsin zamin qismində göstərdiyi qadın həbs edilib.
 
sumqayitxeber.com  xəbər verir ki, bu barədə “Report”a vəkil Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev “Atabank”dan kredit götürmüş şəxsin zamini qismində göstədiyi Lalə Bunyatova barəsində 10 gün müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb: “Həmin qadın “Azərbaycan Dəmir Yolları” QSC-nin işçisidir, lakin o, işsiz kimi göstərilib.
Məhkəmə qərarında qeyd olunub ki, guya işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkünsüzdür və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz”.
Vəkil qeyd edib ki, L.Bunyatova “Azərbaycan Dəmir Yolları” QSC-də işləməsinə baxmayaraq, icra məmuru bunu müəyyən etməyib və əməkhaqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib: “Əsas həm də odur ki, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib”.
Ə.Həsənov bildirib ki, bu gün məhkəmə qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, kredit götürən şəxsin banka borcu 8 701 manatdır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın