Menu
Geri İrəli

Atası ermənilərin yaraladığı uşağı xəstəxanadan çıxardı: “Uşağın yanında qalsam, samanı yığan olmayacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2017 • Baxış sayı: 650 dəfə • Şərh yoxdur

13yasliramin_1502136578Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun vəziyyəti nisbi yaxşıdır.

Bu barədə Teleqraf.com-a açıqlamasında Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov deyib.

Onun sözlərinə görə, Ramin Yusifov aşağı ətraflardan çoxlu qəlpə yarası alıb: “Dünən bizə daxil olanda vəziyyəti orta ağır idi. Təcili olaraq lazımi yardım göstərildi”.

Baş həkim bildirib ki, az öncə xəstənin atası onu evə aparıb: “Biz aparmasını məsləhət görmədik. Atası bildirdi ki, kənddə saman yığmalıdır. Uşağının yanında qalsa, samanı yığan olmayacaq. Bildirdik ki, uşaq nəzarətdə qalmalıdır, problem ola bilər. Amma ailə razılaşmadı”.

Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın