Menu
Geri İrəli

Atasız-anasız idmançımız faciəvi şəkildə öldü – Cəsədi morqda qalıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

577024Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.

sumqayitxeber.com azxeber-ə istinadla bildirir ki, bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər.

İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib:

“Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.

X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın