Menu
Geri İrəli

ATƏT-in Parlament Assambleyasının payız sessiyası öz işinə başladı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2016 • Baxış sayı: 633 dəfə • Şərh yoxdur

14446106_671264919715599_5893601931102189600_nSumqayıtı parlamentdə təmsi edən millət vəkili  Tahir Mirkişili ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Makedoniyanın paytaxtı Skopye şəhərinə səfərdədir.

sumqayitxeber.com xəbər verir ki, sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək.

Konfransda “Cənub-Şərqi Avropada demokratik institutların və insan haqlarının inkişaf etdirilməsi: bu fəaliyyətdə ATƏT-in rolu” və “Beynəlxalq miqrasiyanın idarə edilməsi əsasında insan haqlarının inkişafı” mövzularında da müzakirələr aparılacaq.

Səfər oktyabrın 3-də başa çatacaq.

ATƏT Parlament Assambleyasının payız toplantısı işinə başladı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın