Menu
Geri İrəli

ATV-nin vitse-prezidenti vəzifəsinə təyinat oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 870 dəfə • Şərh yoxdur
Share Button

4dc2fd76ee2238d9c6316cd8c239e450“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

APA-nın xəbərinə görə, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

Dünən “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın