Menu
Geri İrəli

Avropa Oyunları zamanı yollara çəkilmiş sarı zolaqlarla bağlı SON QƏRAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2015 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur

Yolun bu hissəsi minik avtomobillərinə açıldı, yük maşınlarına qadağan edildi

Avropa Oyunları zolağında avtomobillərin hərəkəti ilə bağlı qərar qəbul edilib

Bu yollarda minik avtomobillərinin hərəkətinə icazə verilir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. BDYPİ-dən  APA-ya verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.

BDYPİ-dən həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.

BDYPİ yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın