Menu
Geri İrəli

Avropa Oyunlarının büdcəsi açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2015 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur

Dünya iqtisadi böhranı Birinci Avropa oyunlarının büdcəsiə təsir göstərə bilməyib.

ANS PRESS-in məlumatına görə, bu barədə TASS agentliyinin əməkdaşı ilə söhbətində Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, oyunların tam büdcəsi planlaşdırılmamış xərclərlə birlikdə 1,174 milyard manat ($1,12 milyard) təşkil edib. Büdcənin əsas hissəsi 960 mln manata ($915,8 mln) bərabər olub.

azad1“Əgər siz neftin qiymətinin düşməsini nəzərdə tutursunuzsa, iqtisadi böhran Avropa oyunlarının təsdiq edilmiş büdcəsinə heç cür təsir göstərə bilməzdi. Bu məbləğ ilk başdan büdcəyə salınmışdı. Əgər bu büdcə tutulubsa, onda bizim ölkədə bu o deməkdir ki, büdcə neftin qiymətinin düşməsindən asılı olmayaraq yerinə yetiriləcək”,- deyə Rəhimov vurğulayıb.

Gənclər və idman naziri vurğulayıb ki, mövcud büdcəni manatın 30-33% devalivasiyası dəyişə bilərdi. “Bu, xaricdən təchizatla bağlı bir çox sazişlərə təsir edə bilərdi. Amma mən sizə deyə bilərəm ki, ölkə büdcəsindən – nə maliyyə nazirliyindən, nə də hansısa xüsusi fondan biz bir dollar belə artıq pul istəməmişik. Manatın devalvasiyası, açılış mərasiminin xərcləri ilə bağlı vəziyyət büdcəyə, demək olar ki, heç təsir göstərməyib. Biz ilkin səsləndirilmiş rəqəmin çərçivəsində qaldıq”.

Rəhimov bildirib ki, xərci təxminən 240 mln manat ($229 milyon) olan açılış və bağlanış mərasimi üçün büdcədən əlavə pul istənilməyib. “Biz büdcədə 300 milyona qənaət elədik”, – deyə Rəhimov vurğulayıb.

I Avropa Oyunları iyunun 12-dən başlayıb. Sabah isə yarışın bağlanış mərasimi olacaq.
Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarış keçirilib. Bunlardan 16-ı Olimpiya idman növü və dörd qeyri-Olimpiya idman növü olub. Bütün Avropadan təxminən 6000 idmançı 17 günlük yarış ərzində öz ölkələrini təmsil edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın