Menu
Geri İrəli

“Avtovağzal” və “Memar Əcəmi 2” stansiyalarının açılış vaxtı bilindi (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2016 • Baxış sayı: 225 dəfə • 1 şərh

Bakı metropolitenininin bənövşəyi xəttinə daxil olan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyalarında tamamlama işləri davam edir.

ANS TV-nin məlumatına görə, artıq stansiyalarda tikinti işləri demək olar ki, yekunlaşıb. Stansiyaların ərazisində abadlıq işləri aparılır. Daxildə isə avadanlıqların qurşadırılması həyata keçirilir. Stansiyalarda eskalatorlar hazır vəziyyətə gətirilib, müasir işıqlandırma sistemi ilə təmin olunub. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminini olması ilə fərqlənir.

Baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, işlər qaydasında getsə stansiyalar ilin sonuna təhvil verilə bilər:

“Yeni xətdə problemlər çox olub. Müəyyən avadanlıqlar var ki, onlar gətirilməlidir. Əgər vaxtında ölkəyə gəlsə işlər ilin sonuna kimi yekunlaşacaq. Gəlməsə isə tamamlama gələn ilin birinci rübündə yekunlaşacaq”.

Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Amma ilk mərhələdə burada 5 vaqon hərəkət edəcək. Metropoliten tarixində ilk dəfə olaraq bu stansiyada yaşlılar, fiziki imkanı məhdud olan şəxslər üçün travolatorlar da olacaq. Onlar eskalatorlar kimi səs-küysüz və əlverişli hərəkət vasitəsidir. Onlar üçün xüsusi liftlər quraşdırılacaq.



Bakı metrosunun yeni stansiyası

“Avtovağzal” metro stansiyası piramidanı xatırladır. Stansiyada 6 giriş-çıxış nəzərdə tutulur. Yeni stansiyada 25 il istismar müddəti olan, zərbələrə davamlı eskalatorlarun quraşdırılması nəzərdə tutulub.

Yeni stansiya vətəndaşların Beynəlxalq Avtovağzal kompleksinə gediş-gəlişini asanlaşdıracaq. Metrostansiyanın uzunluğu 2200 metrdir.

Facebook Şərhləndirmə:

““Avtovağzal” və “Memar Əcəmi 2” stansiyalarının açılış vaxtı bilindi (VİDEO)” yazısına bir cavab

  1. Adil deyir:

    bakı avtovaqzalından da sumqayıta çəkilsəydi əla olardı!

Şərhinizi yazın