Menu
Geri İrəli

Ayın 13-dək yağış yağacaq, leysan olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2017 • Baxış sayı: 905 dəfə • Şərh yoxdur

yaqishAzərbaycanda iyulun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 28-32° isti, Bakıda gecə 21-23°, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacaq.

Sinoptiklərin xəbərdarlığına əsasən, iyulun 11-dən 13-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın