Menu
Geri İrəli

Aytən ATV-də xəbərləri aparacaq – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

Aparıcı Aytən Səfərovanın ATV-dəki növbəti işi bəlli olub. sumqayitxeber.com xəbər verir ki, A.Səfərova sözügedən telekanalda xəbərlər aparıcısı kimi də efirə çıxacaq.

Onun yeni mövsüm tanıtım çarxı artıq yayımlanıb. A.Səfərova ilə yanaşı “Xəbərlər” departamentində yeni simalar görünəcək. Onlardan biri Ariz Tarverdiyev, digəri isə Əsmər Nəcməddinqızıdır. Hər ikisi bundan əvvəl ATV-də müxbir kimi çalışırdılar.

Qeyd edək ki, ANS-dəki fəaliyyətinə son qoyduqdan sonra ATV-də işə başalayan A.Səfərova 106.3 FM-də “Bumeranq” şousuna aparıcılıq edir.

Tanıtım çarxında eyni zamanda aparıcılar Lalə Azərtaş, Vaqif Aydınoğlu və Ceyhun Səfərov da yer alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın