Menu
Geri İrəli

AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti siyahısında

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2016 • Baxış sayı: 426 dəfə • Şərh yoxdur

azal2016-cı ilin ən yaxşı aviaşirkəti BƏƏ-nin “Emirates” şirkəti olub.

Britaniyanın “Skytrax” konsaltinq şirkətinin versiyasına görə, AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkətinin siyahısında yer alıb.

Oxu.Az xəbər verir ki, bu barədə “World Airline Awards” beynəlxalq mükafatının saytı məlumat yayıb.

AZAL reytinqdə 70-ci yeri tutub.

2016-cı ilin ən yaxşı aviaşirkəti BƏƏ-nin “Emirates” şirkəti olub. Daşıyıcı artıq dördüncü dəfədir ki, bu mükafatı qazanır. 2015-ci ildə “Emirates” analoji reytinqdə beşinci yeri tutub.

İkinci yerdə “Qatar Airways”dir. 2015-ci ildə aviadaşıyıcı analoji siyahıda lider idi. İlk üçlük “Singapore Airlines” şirkəti ilə tamamlanır.

2016-cı ilin ən yaxşı şirkətlərindən ibarət onluğa Honkonqun “Cathay Pacific”, Yaponiyanın “All Nippon Airways”,  BƏƏ-dən “Etihad Airways”, Türkiyənin “Turkish Airlines”, Tayvanın “EVA Air”, Avstraliyanın ən iri aviadaşıyıcısı “Qantas Airways” və Almaniyanın “Lufthansa” şirkətləri daxildir.

Reytinqə daxil olan “Aeroflot” dünyanın ən yaxşı aviaşirkətləri reytinqinə daxil olan yeganə Rusiya şirkətidir, o, reytinqdə 40-cı sırada qərarlaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın