Menu
Geri İrəli

Azərbaycan bayrağı İstanbulda Əli Bəy Hüseynzadənin qızına təqdim edildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2017 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur
Share Button

959344f65aa5İyunun 16-da Türkiyənin İstanbul şəhərində Azərbaycanın böyük mütəfəkkiri, Cümhuriyyətimizin qurucularından olan Əli Bəy Hüseynzadənin qızı və irsinin son nümayəndəsi Feyzavər xanıma Azərbaycan dövləti adından Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi Azərbaycan bayrağı əməkdar rəssam Teymur Rzayev təqdim edib. Bir müddət öncə Türkiyədə yaşayan Azərbaycanın tanınmış rəssamı Teymur Rzayev Əli bəy irsinin Azərbaycana gətirilməsi təşəbbüsündə olub. O, bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edib. Nazirlik təşəbbüsü dəstəkləyib.

İyunun 9-da Muzey Mərkəzində Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir, yazıçı-publisist Əli Bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalardan ibarət sərgi-təqdimat keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə qonaqlar sərgi ilə tanış olublar.

İstanbuldan gətirilən 161 əsərdən seçilmiş Əli Bəy Hüseynzadənin, övladları Səlim, Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli Bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları nümayiş edilib. Ümumiyyətlə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub.

Əli Bəy Hüseynzadənin ideya müəllifi olduğu Azərbaycan Bayrağı 100 il sonra rəsmən onun övladına skayp vasitəsilə təqdim edilib. Üçrəngli Bayrağımızı iyunun 15-i İstanbul şəhərində Feyzavər xanımın evində əməkdar rəssam Teymur Rzayev şəxsən xanıma verərək bu tarixi gündə vasitəçi olduğundan xoşbəxt olduğunu bildirib. Feyzavər xanım kövrələrək atasına olan bu sevgidən duyğulandığını deyib.

Tədbirdə yazıçı-publisist Aysel Əlizadə də iştirak edib. Oxucular yaxın günlərdə Aysel xanımın bu mövzuda reportajı ilə tanış ola biləcəklər.

Musavat.com

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın