Menu
Geri İrəli

Azərbaycan əhalisi İlham Əliyevə etibar edir

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2016 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur

ilham aliyev herbiAzərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilmiş rayonlarında aparılmış hərbi əməliyyatlar prezident İlham Əliyevin məşhurluğunu və nüfüzunu bir qədər də artırıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı “Arthur J. Finkelstein & Associates” (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96,8 faiz respondent Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Respondentlər dövlət başçısının fəaliyyətini “əla”, yaxud “yaxşı” qiymətləndiriblər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu bildirib, Azərbaycan ordusunun cavabının səmərəliliyini “əla” və ya “yaxşı” qiymətləndirib.

Rəyi soruşulanların böyük əksəriyyəti qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonların işğalı həm ölkənin, həm də ailələrin üzləşdiyi yeganə ən mühüm məsələdir. Əhalinin əksəriyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal edilmiş digər rayonlarını Ermənistan təcavüzkarlarından azad etmək üçün istənilən və bütün, o cümlədən hərbi vasitələrdən istifadə etməyə hazır olduğunda əmindilər.

“Respondentlərin təxminən 100 faizi ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyib”

Bundan əlavə, azərbaycanlıların çoxu hökumətin iqtisadi islahatlarını dəstəkləyir, ölkədə sosial sabitlik yaradıldığına görə hökumətin fəaliyyətini yüksək qiymətləndirir, Prezidentin və hökumətin apardığı ümumi xarici siyasətə dəstək nümayiş etdirir. Azərbaycan vətəndaşlarının əksəriyyəti bildirib ki, hökumət korrupsiya ilə mübarizədə tədbirlər görülməsi sahəsində “əla”, yaxud “yaxşı” işləyib.

“AJF & Associates” şirkəti bu il aprelin 23-dən 29-dək Azərbaycanda səsvermə yaşına çatmış 1200 nəfər arasında sorğu keçirib.

Sorğu zamanı respondentlərə təmas xəttində yaranmış gərginlik, ölkənin hazırkı vəziyyəti, ölkə prezidentinin fəaliyyəti ilə bağlı suallar ünvanlanıb. Sorğuda soruşulan sual və cavabları təqdim edirik:

- “Bu gün ölkəmizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” və “Bu gün sizin və ailənizin üzləşdiyi ən mühüm məsələ hansıdır?”

140449_src

140449_src

- “Azərbaycanın prezidentinə etibar edirsinizmi?”

152045_src

152045_src

- “Prezident İlham Əliyevin işini necə qiymətləndirirsiniz?”

140451_src

140451_src

- “Ölkə rəhbərliyi ölkəni Ermənistan təcavüzkarlarından qoruyur”

140452_src

140452_src

-  “Azərbaycan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində Ermənistan tərəfinin təxribatlarına verdiyi hərbi cavabın səmərəliliyini necə qiymətləndirirsiniz?”

140452_src

140452_src

- “Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox yaxud daha az vətənpərvər etdi?”

140454_src

140454_src

- “Ölkəni Ermənistanın işğalından qorumaq məqsədilə bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə edilməsini dəstəkləyirsinizmi?”

140455_src

140455_src

“Prezidentin və Azərbaycan hökumətinin apardığı xarici siyasəti səmərəli hesab edirsinizmi?”

140455_src

140455_src

“Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?”

140455_src

140455_src

“Azərbaycanda sosial sabitlik səviyyəsini necə qiymətləndirirsiniz?”

140455_src

140455_src

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?”

140459_src

140459_src

Analoji sorğu aprelin 26-da keçirilib. Sorğunun nəticələri Azərbaycan əhalisinin 97 faizi Prezident İlham Əliyevə tam etibar etdiyini göstərib. “Rəy” Monitorinq Mərkəzi sorğunu aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirib. Məlumata görə, Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti – 86,2 faizi bu seçkilərə qatılardı. Respondentlərin 68,1 faizi birmənalı olaraq “səsvermədə iştirak edərdim”, 18,1 faizi isə “yəqin ki, iştirak edərdim” cavab variantlarını seçib.

İlham Əliyev əhalinin 97 faizının etibarını qazanıb

Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.

Rəyi soruşulanların əksəriyyəti Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib. Cəmi 5 faiz dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6 faizi bu siyasəti “pis”, 2,1 faizi isə “çox pis” adlandırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın