Menu
Geri İrəli

Azərbaycan əhalisinin neçə faizi prezidentinə etibar edir – RƏY SORĞUSU

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 491 dəfə • Şərh yoxdur

sorguAzərbaycan əhalisinin əksəriyyəti ölkə prezidenti İlham Əliyevə etibar edir.

«Rəy» Monitorinq Mərkəzindən APA-ya verilən məlumata görə, bunu qurumun iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Rəy sorğusuna əsasən, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i səsini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

«İ. Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?» sualına respondentlərin 83%-ə yaxını «bəli, cavab verir» (tam və ya qismən), 5%-i «xeyr, cavab vermir», 4%-i isə «əsasən cavab vermir» deyə bildirib. Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu həmçinin göstərib ki, “prezident seçkiləri qarşıdan gələn bazar günü” keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21% «yəqin ki, iştirak edərdim» cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12% təşkil edib. Qalan 7% cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş «omnibus» tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın